İki təyyarə səmada toqquşdu - VİDEO

Fransanın iki kəşfiyyat təyyarəsi Yuxarı Marnda (Haute-Marn) təlim zamanı toqquşub.

Metbuat.az xəbər verir ki, Fransa Hərbi Hava Qüvvələrinin məlumatına görə, təlim zamanı Fransa kəşfiyyatına məxsus (Patrouille de France) iki “Alpha Jet” reaktiv təyyarəsi Sənt-Dizyedə (Saint –Dizier) 113 saylı hava bazası yaxınlığında toqquşub.

Bildirilir ki, iki pilot və bir sərnişin katapult edə biliblər və şüurlu vəziyyətdədirlər. Üçüncü şəxslərə dəyən ziyan və mümkün mülki itkilərlə bağlı qiymətləndirmə aparılır. Qəza yerinə yaxı olan sement anbarına ziyan dəydiyi deyilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı