Türkiyənin İstanbul şəhərində silahlı insident olub.
Metbuat.az xəbər verir ki, silahlı iki nəfər restorandakı 3 müştəriyə atəş açıb.
Hadisə nəticəsində həmin üç nəfərdən ikisi ağır, biri isə yüngül xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralıların Erkan A. və Beyhan T. adlı Türkiyə, eləcə də Hüseyn M. adlı Azərbaycan vətəndaşı olduğu məlum olub.
Hadisəni törədənlərin tapılması istiqamətində işlər aparılır.