Türkiyənin Show Tv-də yayımlanan "Deha" serialında baş rolu canlandıran Aras Bulutun xəstəxanadan görüntüləri yayılıb.
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, tanınmış aktyor bir neçə həftə əvvəl serialdakı səhnəsini çəkərkən çəkiliş meydançasında qəza keçirib və topuğunda zədə meydana gəlib.
Əməliyyat olunan aktyorun bir müddət istirahət edəcəyi və çəkilişi təxirə salacağı məlum olub.