Yeni araşdırma siqaretdən glo-ya keçməyin müsbət uzunmüddətli təsirlərini ortaya çıxarır - FOTO

- Bir il davam edən tədqiqatdan toplanmış yeni məlumatlar müəyyən etdi ki, yalnız glo-ya keçən siqaret çəkənlər siqaret çəkməyə davam edənlərlə müqayisədə potensial zərərin bir sıra göstəricilərində əhəmiyyətli və davamlı irəliləyiş əldə ediblər.

- Tədqiqatın nəticələri azaldılmış riskli* məhsul kimi glo-nu dəstəkləyən sübutların əhəmiyyətini artırır.

- Nəticələr BAT-ın Tütün Zərərinin Azaldılması üzrə öhdəliyini və qlobal işgüzar fəaliyyətində sağlamlığa təsirin azaldılmasını ehtiva edən A Better Tomorrow™ (Daha Yaxşı Gələcək™) məqsədinə nail olmaq qabiliyyətini gücləndirir.

Bir il davam edən tədqiqatın tam nəticələri göstərdi ki, siqaret çəkməyə davam edənlərlə müqayisədə BAT-ın qabaqcıl Tütün Qızdırıcı Məhsulu olan glo-dan müstəsna olaraq istifadə etməyə keçən siqaret çəkənlər siqaretlə əlaqəli müəyyən xəstəliyin erkən inkişafı ilə bağlı potensial zərərin bir sıra göstəricilərində əhəmiyyətli və davamlı irəliləyişlərə nail olublar. Bura ağciyər xəstəliyi, xərçəng və ürək-damar xəstəlikləri (ÜDX) daxildir.

Daxili və Təcili Tibbi Yardımda (“The Journal of Internal and Emergency Medicine”) [i] elmi-tədqiqat jurnalınında dərc edilən tam nəticələr, üç və altı ayda qeyd edilən əhəmiyyətli dəyişikliklərə əsaslanır. Müşahidə olunan dəyişikliklər tədqiqatın 12 ayı ərzində davam etmişdir,və başqa vasitələrlə siqaretdən vaz keçməyən yetkin siqaret çəkənlər üçün daha az riskli* alternativ kimi glo-nu dəstəkləyən sübutların əhəmiyyətini bir daha vurğulayırlar [ii], [iii].

BAT Elmi Tədqiqat Direktoru Dr David O'Reilly bu barədə bildirib ki: "Bu araşdırmanın nəticələri glo və ümumiyyətlə Tütün Qızdırıcı Cihazların məhsul kateqoriyası üçün indiyə qədər əldə etdiyimiz ən vacib məlumatlar arasındadır. Özündə reallığı əks etdirən araşdırma, siqaretlə əlaqəli xəstəliyin inkişafı ilə bağlı potensial zərərin ilkin göstəricilərini müəyyənləşdirərək, yetkin siqaret çəkənlərin yalnız glo istehlakına keçdiyi dəyişiklikləri qiymətləndirməyə imkan verir. Bundan əlavə tədqiqatın nəticələri həmin dəyişikliklərinin ölçüsü və tamamilə glo-ya keçidin təsirinin davamlılığı haqqında lazımlı yeni sübutları təqdim edir və riski azaldılmış məhsul kimi glo-nun potensialını olduqca gücləndirir*.

Bu tədqiqatda iştirak edən və kömək edən hər kəsə təşəkkür etmək istərdim. Bu, Daha Yaxşı Gələcəyin qurulması yolunda irəliyə doğru daha bir mühüm addımdır”.

Təhqiq edilmiş xəstəliyin erkən göstəricilərinə əsasən, siqaret çəkməyə davam etmək əvəzinə glo-dan müstəsna olaraq istifadəyə keçən siqaret çəkənlərdə aşağıdakılar müəyyən edilmişdir:

• Ağciyər xərçəngi ilə əlaqəli DNT zədələnməsinə səbəb ola biləcək biomarkerdə əhəmiyyətli və davamlı azalma;

• ÜDX və digər siqaretlə əlaqəli xəstəliklərin erkən inkişafı ilə əlaqəli iltihabi marker olan ağ qan hüceyrələrinin sayının əhəmiyyətli və davamlı azalması;

• ÜDX inkişafının azalması ilə əlaqəli HDL xolesterinin davamlı yaxşılaşması;

• Ağciyər sağlamlığının göstəricisində (FeNO) əhəmiyyətli və davamlı yaxşılaşma;

• Oksidləşdirici stressin əsas göstəricisində əhəmiyyətli və davamlı yaxşılaşma, ÜDX kimi siqaretlə əlaqəli bir sıra xəstəliklərdə mühüm irəliləyişlər.

Bu yeni məlumatlar glo haqqında daha əvvəl nəşr olunan fərqli bir araşdırmaya əsaslanır [iv] . Həmin tədqiqatın gəldiyi nəticəyə görə “toplanmış elmi məlumatları nəzərə alanda, glo yanan siqaretlərlə müqayisədə daha az zərərli məhsuldur və əsaslı şəkildə siqaretlə əlaqəli xəstəliklərin riskini azaldır. Həmçinin tamamilə glo tütün qızdırıcı məhsulun istifadəsinə keçən siqaret çəkənlərin davamlı siqaret çəkmə ilə müqayisədə siqaretlə əlaqəli xəstəliklərin inkişaf riskini azaldacağı qənaətini bir daha dəstəkləyir.”

Bu araşdırma haqqında qısa informasiya

Bu il ərzində davam edən və təsadüfi olaraq seçilən tədqiqatın iştirakçıları 23-55 yaş arası, ümumi sağlamlıq vəziyyəti yaxşı olan Böyük Britaniyada yaşayan siqaret çəkənlər idi. Siqareti tərgitmək niyyətində olmayan iştirakçılar təsadüfi əsasda siqaret çəkməyə davam edən və ya yalnız glo istifadə etməyə keçən qruplara bölündü, Siqareti buraxmaq istədiklərini bildirən siqaret çəkənlərə isə nikotin əvəzedici terapiya və siqareti dayandırmaq üzrə məsləhətçiyə müraciət etmək təklif edilib. Tədqiqata heç bir tütün və ya nikotin məhsulundan istifadə etməyə davam edən bir nəzarət qrupu kimi “heç vaxt siqaret çəkməyənlər” qrupu da daxil edilmişdir.

Bu tədqiqat klinik şəraitdə deyil, real gündəlik şərtlərdə istifadə edildikdə zaman, glo-nun malik olduğu risk azaltma potensialını araşdırmaq üçün nəzərdə tutmuşdur. İştirakçılardan qan, sidik və digər analizlərinin götürüldüyü aylıq xəstəxana ziyarətlərində iştirak etmələri tələb olunurdu. Bu nümunələr “məruz qalma biomarkerləri” (seçilmiş siqaret tüstüsü toksikantlarına) və “potensial zərərin biomarkerləri” üçün sınaqdan keçirilmişdir. Bundan əlavə, tədqiqatda siqareti dayandıran və ya glo-ya keçənlərin eyni zamanda siqaret istifadə etmədiyinə əmin olmaq üçün həmin iştirakçı qrupları onların siqaret çəkib-çəkmədiyini göstərən CEVal biomarker üzrə sınaqdan keçirildi. Müsbət nəticələr əldə edənlər tədqiqatda iştirak etməyə davam etdilər və yekun nəticələr ümumi əhaliyə və CEVal-a uyğun olan alt qruplara bölündü. Bu da öz növbəsində nəticələrin tam təsirini dəqiq əks etdirməsini təmin etdi.

Yeni Növ məhsulların fonunda inkişaf edən elm sahəsi

Bu tədqiqatın nəticələrinin tütün zərərin azaldılması üzrə qlobal səylərdə tütün qızdırıcı və veypinq üçün (elektron siqaret) məhsulları kimi siqaretlərə nisbətdə daha az riskli* alternativlərin rolu haqqında mövcud biliklərə əlavə edilməsi gözlənilir. Qeyd edək ki, veypinqın sağlamlığa real təsirini qiymətləndirmək və bu barədə məlumat vermək üçün hazırlanmış BAT-ın fərqli araşdırmanın nəticələrinin 2023-cü ilin birinci yarısında dərc olunması planlaşdırılır. Bu araşdırma da yalnız Vuse [v] elektron siqaret məhsulundan istifadə edən insanlarda siqaretlə əlaqədar bir çox xəstəlikdə, Vuse-u altı aydan çox istifadə edən istehlakçılarının biomarker analizləri siqaret aludəçilərinin, keçmiş siqaret aludəçilərinin və heç vaxt siqaretdən istifadə etməyənlərin nəticələri ilə müqayisə edir. Bu son tədqiqatın innovativ yeniliklərini izah edən yekun təfərrüatlar artıq “Journal of Health and Environmental Research” elmi-tədqiqat jurnalında dərc olunub [vi].

Bu ilin sonunda gözlənilən yekun tədqiqat nəticələrinin yetkinlər arasında siqaret aludəçilərində müəyyən xəstəliklər üzrə nisbi riskin azaldılmasında Vuse kimi buxar məhsullarının risk potensialının azaldılmasına dair əlavə sübutlar təqdim edəcəyi gözlənilir.

* Mövcud sübutların həcminə əsaslanaraq və siqaretdən qeyd olunan məhsula tam keçidi fərz etməklə ifadə edilir. Bu məhsul risksiz deyil və asılılıq yaradır.

Gələcəyi qabaqcadan bildirən bəyanatlar

Bu məqalədə 1995-ci il ABŞ-ın Özəl Qiymətli Kağızlar üzrə Məhkəmə İslahatları Aktı ilə müəyyən edilmiş "gələcəyi qabaqcadan bildirən" anlayışı çərçivəsində istifadə olunan ifadələr də daxil olmaqla müəyyən gələcəyi qabaqcadan bildirən bəyanatlar mövcuddur. Bu bəyanatlar çox vaxt, lakin həmişə deyil, "inanmaq", "təxmin etmək", "bacarmaq", "ola bilər", "istəmək", "gərəkdir", "niyyət etmək", "plan etmək", "potensial", "proqnozlaşdırmaq", "iradə etmək", "gözləmək", "təxmin etmək" ," "layihə", "mövqe", "strategiya", "görünüş", "hədəf" və oxşar söz və ifadələrdən istifadə etməklə verilir. Bu cür bəyanatlara “British American Tobacco” şirkətin biznes, gəlir və davamlılığa dair hədəfləri ilə bağlı bəyanatlar da daxildir.

Bütün bu cür gələcəyi qabaqcadan bildirən bəyanatlar risklərə, qeyri-müəyyənliklərə və digər amillərə məruz qalan təxminləri və fərziyyələri əhatə edir. Bu məqalədə əks olunan gözləntilər ağlabatan hesab edilir, lakin onlara faktiki nəticələrin hazırda gözlənilənlərdən əhəmiyyətli dərəcədə fərqlənməsinə səbəb ola biləcək müxtəlif amillər təsir edə bilər. Faktiki nəticələrin və inkişafların gələcəyi qabaqcadan bildirən bəyantlarda açıqlanan və ya nəzərdə tutulan gözləntilərdən əhəmiyyətli dərəcədə fərqlənə bilməsinin səbəbləri “British American Tobacco p.l.c” (BAT)-nın 2021-ci il üzrə İllik Hesabatda “Xəbərdaredici Bəyanatı” və “Qrupun Əsas Riskləri” başlıqları altında və 20-F forması sənədində tapılan məlumatlara istinad etməklə nəzərdən keçirilə bilər.

Bu və digər amillərlə bağlı əlavə məlumatı BAT-ın ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına ("SEC") təqdim etdiyi sənədlərdə, o cümlədən 20-F Forması üzrə İllik Hesabatında və Forma 6-K üzrə Cari Hesabatlarında (SEC-ın http://www.sec.gov internet saytında ödənişsiz əldə edilə bilər) və BAT-ın İllik Hesabatlarında (BAT-ın www.bat.com internet saytında ödənişsiz əldə edilə bilər) tapa bilərsiniz.

Əvvəlki nəticələr fəaliyyətin gələcək icrası üçün təlimat kimi istifadə edilmir və məsləhətə ehtiyacı olan şəxslər müstəqil maliyyə məsləhətçisinə müraciət etməlidirlər. Gələcəyi qabaqcadan bildirən bəyanatlar bu məqalənin hazırlanma tarixində mövcud olan bilik və məlumatları əks etdirir və BAT yeni məlumatların əldə edilməsi, gələcək hadisələr və ya başqa səbəblər nəticəsində bu gələcəyi qabaqcadan bildirən bəyanatları yeniləmək və ya onlara yenidən baxmaq öhdəliyi daşımır. Oxuculara bu gələcəyi qabaqcadan bildirən bəyanatlara əsaslanarkən yuxarıdakıları nəzərə almaları tövsiyə olunur.


[i] Qeyl N, Makİan M, Hardi G et al (2022) Siqaret çəkməyə davam edən, tütün qızdırıcı məhsula keçən və ya siqareti buraxan siqaret çəkənlərdə 360 gündən sonra məruz qalma biomarkerlərində və potensial zərərin biomarkerlərində dəyişikliklər (Changes in biomarkers of exposure and biomarkers of potential harm after 360 days in smokers who either continue to smoke, switch to a tobacco heating product or quit smoking). Nəşr: Intern Emerg Med. https://doi.org/10.1007/s11739-022-03062-1

[ii] Qeyl N, Makİan M, Kamaço OM et al (2021) Adi siqaretdən glo tütün qızdırıcı məhsuluna keçid zamanı məruz qalma biomarkerlərindəki dəyişikliklər: randomizə edilmiş, nəzarət edilən ambulator tədqiqat (Changes in biomarkers of exposure on switching from a conventional cigarette to the glo tobacco heating product: a randomized, controlled ambulatory study). Nəşr: Nicotine Tob Res 23(3):584–591. https://doi.org/10.1093/ntr/ntaa135

[iii] Qeyl N, Makİan M, Kamaço OM et al (2021) 180 günlük tütün qızdırıcı məhsul istifadəsindən sonra biomarkerlərdəki dəyişikliklər: randomizə edilmiş sınaq (Changes in biomarkers after 180 days of tobacco heating product use: a randomised trial). Nəşr: Intern Emerg Med 16:2201–2212. https://doi.org/10.1007/s11739-021-02798-6

[iv] Qudal S, Qeyl N, Torne D, Hedli S, Prasad K, Gilmur I, Miazzi F, Proktor K, (2022) Tütün qızdırıcı məhsul glo™-nun davranış, kimyəvi, toksikoloji və klinik tədqiqatlarının qiymətləndirilməsi və əsas məlumat dəstindən yeni məhsulun təqdim edilməsinə keçid potensialı (Evaluation of behavioural, chemical, toxicological and clinical studies of a tobacco heated product glo™ and the potential for bridging from a foundational dataset to new product iterations). Nəşr: Toxicology Reports. https://doi.org/10.1016/j.toxrep.2022.06.014.

[v] Vuse ePod və/və ya ePen3. Hər ikisi qapalı buxarlanma sistemləridir.

[vi] Qeyl N, Hasvel L, Makİan M, Azzopardi D, Tissen C, Hardi C. Elektron Siqaretin Eksklüziv İstifadəçilərində və indiki, keçmiş və heç vaxt siqaret çəkməyənlərdə məruz qalma və potensial zərərin biomarkerləri: müxtəlif bölmələr üzrə tədqiqat protokolu (Biomarkers of Exposure and Potential Harm in Exclusive Users of Electronic Cigarettes and Current, Former and Never-Smokers: A Cross-Sectional Study Protocol). Nəşr: Journal of Health and Environmental Research. Vol. 8, No. 2, 2022, pp. 116-127. doi: 10.11648/j.jher.20220802.17


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı