Naxçıvan Regional Baş İdarəsinə yeni rəis təyin olundu

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Baş İdarəsinə yeni rəis təyin edilib.

Metbuat.az TNS-yə istinadən xəbər verir ki, bu vəzifəyə 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Anar Xudiyev təyin olunub.

Yeni rəis bu gün kollektivə təqdim edilib.

Anar Xudiyev bundan əvvəl Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsinin rəisi vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR