Fövqəladə hallar naziri Qobustanda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 9 iyun 2023-cü il tarixdə Qobustan şəhərində, Qobustan rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Qobustan və Şamaxı rayonları sakinlərinin qəbulu keçiriləcək.

Metbuat.az xəbər verir ki, xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

    Qeyd olunub ki, qəbula gələn vətəndaşların qeydiyyatı 8 iyun 2023-cü il tarixdə Qobustan rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.

    Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

    Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

    Əlaqə:

    tel: +994 (12) 512-01-14

    e-mail: info@fhn.gov.az


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı