​"Bolt Business": Azərbaycanda korporativ səfərləri yeni səviyyəyə qaldırır

Əməkdaşların iş şəraitinin yaxşılaşdırılması və keyfiyyətli, rahat iş mühitinin yaradılması hər bir şirkət rəhbərliyinin əsas prioritetlərindən biridir. Sağlam iş mühitinin təmin edilməsi və əməkdaşların rahatlığı işin keyfiyyətinə və şirkətin uğurlarına birbaşa təsir göstərir.

Bu məqsədlə Bolt mobil tətbiqi “Bolt Business” xidmətini Azərbaycanda bir il əvvəl istifadəyə verib. Xidmətin üstünlükləri və əldə olunan nailiyyətlər barədə “Bolt Business” üzrə Biznes İnkişafı Meneceri Emin Bayramlı maraqlı faktlarla bölüşüb.

“Bolt Business” nədir və hansı üstünlükləri təqdim edir?

Hazırda 40-dan çox bazarda fəaliyyət göstərən Bolt Business, fərdi sahibkarlardan tutmuş 1000-dən çox işçidən ibarət böyük komandalaradək müxtəlif ölçülü bizneslərin səyahət ehtiyaclarını sadələşdirir.

Bu xidmət eksklüziv biznes imkanları təqdim edərək, şirkətlər üçün korporativ hesablar yaradır və işgüzar səfərlərin sifarişini və ödəniş sistemlərini bir platformada birləşdirir. Bolt Business xidmətinə qoşulmaq üçün əlavə öhdəlik, ödəniş və ya minimum xərc tələb edilmir. Şirkətlər səfərlər üzrə ödənişlərini Bolt Business tərəfindən aylıq təqdim edilən hesabatlar, hesab-fakturalar və elektron qaimələr əsasında bank köçürülməsi ilə həyata keçirir.Bu isə, şirkət işçilərinə hər iş gedişləri üçün Bolt tətbiqində şirkət ödəniş üsulunu seçərək rahat səfər etmək imkanını yaradır.

Xidmətdən istifadə edərək şirkətlərə səfərləri necə idarə etmək imkanı verilir və hansı funksiyalar mövcuddur?

Şirkətlər Bolt Business xidmətindən istifadə edərək aşağıdakı imkanlardan faydalana bilərlər:

● Aylıq limitlərin təyin edilməsi (gediş siyasətləri) – fərdi və qrup şəkilində düzgün təyinatlanmaya imkan yaradır və sui-istifadə hallarının qarşısını alır.

● İstifadəçi aktivləşdirmə və deaktivləşdirmə – layihə müddətinə uyğun olaraq işçilərin əlavə edilməsi və silinməsi mümkündür.

● Marşrut limitləri – müəyyən ərazilərə və ya rayonlara səfərlərin tənzimlənməsi təmin edir.

Kateqoriya seçimi – şirkət Bolt tətbiqində təqdim olunan kateqoriyaları (məsələn, elektrik, comfort) tənzimləyə bilir.

Rayonlara və xarici ölkələrə gedişlər, ezamiyyət səfərlərinə də şamil olunurmu?

Bəli, Bolt tətbiqinin aktiv olduğu bütün şəhər və ölkələrdə korporativ səfərlər eyni qaydada həyata keçirilir. Şirkət ödəniş üsulu seçilərək səfər sifariş olunur və əməkdaş rahatlıqla ezamiyyə səfərini həyata keçirir.

Bolt Business xidmətinin Azərbaycanda tətbiqinin bir ili: Hansı nailiyyətlər əldə olunub?

2024-cü ildə əldə edilən mühüm nailiyyətlərdən biri COP29 tədbiri ilə əməkdaşlıq olmuşdur. Bu tədbir çərçivəsində 6,000-ə yaxın kupon təqdim edilmişdir. Kuponlar tədbir zamanı cəlb olunan könüllülərə Bolt Business xidmətindən istifadə etmələri üçün təqdim edilən promokodlardır. Bu yanaşma xidmətdən səmərəli istifadəni təmin etməklə yanaşı, əməkdaşların səfərlərini də rahatlaşdırmışdır.

Ümumilikdə, bir il ərzində Bolt Business müştərilərinin sayı gözləniləndən yüksək olmuşdur. Müxtəlif sahələrdə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlər, eləcə də əməkdaşlar və onların ailə üzvləri üçün əlavə bir üstünlük olaraq Bolt Business xidmətindən faydalanmışdır.

Qeyd etmək lazımdır ki, Bolt Business hazırda Azərbaycanda uğurla tətbiq olunur və istifadəçi bazasını genişləndirməkdə davam edir.

Ətraflı məlumat üçün: Şirkətlər üçün hərəkət azadlığı | Bolt Business


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı