Tanınmış aparıcı doğum gününü Laçında belə qeyd etdi - FOTO

Aparıcı Günay Malikqızı doğum günündə arzusuna çatdığını vurğulayıb.

Metbuat.az xəbər verir ki, 45 yaşı tamam olan aparıcı özəl gününü Laçında qeyd etdiyini bildirib. O, həyat yoldaşı ilə birgə fotolarını sosial media hesabında paylaşaraq bu sözləri yazıb.

"Arzular reallaşır! "O gün olsun Laçında ad günü keçirdəsən" deyənlər, o gün oldu. 45 -i Laçında qarşıladım. Deməli, bundan sonra gələn hər il daha gözəl olacaq. Gözəl nə deməkdir? Canımız sağ, Vətənimiz firavan, günümüz xoş olsun. Laçın cənnətdir. Ad günü keçirtmək üçün yer axtarmayın, hamınız bura gəlin".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı