Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.
Mərkəzi Seçki Komissiyasından Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiq başa çatmayıb.
“Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində (yəni fevralın 18-dək) bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqini həyata keçirməlidir”, - deyə məlumatda qeyd olunub.
Sevinc İbrahimzadə / Metbuat.az