Azərbaycan ən çox bu ölkələrdən mal alır

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 179 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 98 ölkəyə məhsul ixrac, 172 ölkədən idxal olunub.

Metbuat.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2023-cü ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 15834,1 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 10536,2 milyon dollarını və ya 66,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 5297,9 milyon dollarını (33,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 5238,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,0 faiz azalıb, real ifadədə isə 1,6 faiz artıb.

İdxal real ifadədə 8,8 faiz artıb, ixrac 0,7 faiz azalıb. 2023-cü ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 21,2 faiz, real ifadədə 17,5 faiz artaraq 1187,2 milyon dollar təşkil edib.

Ölkənin xarici ticarət dövriyyəsinin 33,0 faizi İtaliya, 14,5 faizi Türkiyə, 7,8 faizi Rusiya, 4,6 faizi Çin, 3,4 faizi Hindistan, 3,3 faizi Yunanıstan, 3,2 faizi Almaniya, 3,1 faizi İspaniya, 2,9 faizi İsrail, hər biri 2,0 faiz olmaqla Gürcüstan və Çexiya, hər biri 1,8 faiz olmaqla Rumıniya və Fransa, 1,7 faizi Türkmənistan, hər biri 1,0 faiz olmaqla Avstriya və İran, hər biri 0,9 faiz olmaqla Qazaxıstan, İrlandiya və ABŞ, 10,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 45,9 faizini İtaliyaya, 14,5 faizini Türkiyəyə, 4,6 faizini Yunanıstana, 4,3 faizini Hindistana, 4,2 faizini İspaniyaya, 4,0 faizini İsrailə, 2,8 faizini Rusiyaya, hər biri 2,6 faiz olmaqla Gürcüstan və Çexiyaya, 2,5 faizini Almaniyaya, 2,4 faizini Rumıniyaya, hər biri 1,2 faiz olmaqla Avstriya və İrlandiyaya, hər biri 0,7 faiz olmaqla Sinqapur, İndoneziya və Vyetnama, 0,6 faizini Fransaya, 4,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (34,2 faiz), Rusiyaya (24,0 faiz), Gürcüstana (12,0 faiz), İsveçrəyə (4,1 faiz), Qazaxıstana (2,9 faiz), Türkmənistana (2,3 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (1,6 faiz), Belçikaya (1,5 faiz), Özbəkistana (1,3 faiz), Rumıniyaya (1,3 faiz), Almaniyaya (1,1 faiz), Çinə (1,1 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,6 faizi Rusiya, 14,6 faizi Çin, 14,3 faizi Türkiyə, 5,1 faizi Türkmənistan, 5,0 faizi Almaniya, 4,6 faizi Fransa, 3,1 faizi İran, 2,9 faizi ABŞ, 2,6 faizi İtaliya, 2,5 faizi Qazaxıstan, 2,1 faizi Yaponiya, hər biri 1,9 faiz olmaqla Belarus və Koreya, 1,6 faizi Birləşmiş Krallıq, 1,4 faizi Ukrayna, 1,3 faizi Hindistan, 1,1 faizi Braziliya, 1,0 faizi Polşa, 13,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb. 2023-cü ilin yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 0,6 faiz, şəkər – 23,0 faiz, meyvə və tərəvəz şirələri – 42,9 faiz, meyvə və tərəvəz konservləri – 67,3 faiz, kartof – 71,7 faiz, təbii üzüm 3 şərabları və üzüm suslosu – 2,2 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 20,3 faiz, polipropilen – 2,0 dəfə, polietilen – 39,6 faiz, emal olunmamış alüminium – 6,5 faiz, mineral gübrələr – 8,3 faiz, pambıq ipliyi – 5,3 faiz, qara metallardan borular – 22,9 faiz, sement klinkerləri – 9,1 faiz artmış, təzə tərəvəz ixracı isə 4,0 faiz, çay – 55,3 faiz, tütün – 52,3 faiz, bitki yağları – 83,0 faiz, pambıq lifi – 52,7 faiz, qara metallardan çubuqlar – 21,5 faiz, bentonit gili – 10,4 faiz, qara metallardan yarımfabrikatlar – 69,7 faiz azalıb. 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2023-cü ilin yanvar-aprel aylarında buğda idxalı 32,8 faiz, xam şəkər – 4,4 faiz, şokolad və şokolad məhsulları – 2,4 faiz, unlu qənnadı məmulatları – 2,1 faiz, quş əti və onun əlavə məhsulları – 13,4 faiz, təzə tərəvəz – 5,3 faiz, mal əti – 67,6 faiz, siqaretlər – 4,3 faiz, minik avtomobilləri – 27,9 faiz, dərman vasitələri – 4,3 faiz, polad prokatı – 2,4 dəfə, hesablama maşınları, blok və qurğuları – 1,3 faiz, qara metallardan borular – 20,2 faiz, rezin şinlər – 1,8 faiz, sintetik yuyucu vasitələr – 16,3 faiz, yük avtomobilləri – 42,8 faiz, mebellər – 7,9 faiz, polietilen – 58,8 faiz, mineral gübrələr – 54,8 faiz, paltaryuyan maşınlar – 15,9 faiz, polipropilen – 39,2 faiz, qara metallardan künclüklər – 32,9 faiz, məişət soyuducuları – 55,4 faiz artmış, təzə meyvə idxalı isə 6,6 faiz, bitki yağları – 29,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 14,5 faiz, kartof – 13,0 faiz, çay – 13,2 faiz, qara metallardan çubuqlar – 0,5 faiz, məişət kondisionerləri – 26,4 faiz, avtobuslar – 76,9 faiz, sement – 33,0 faiz azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı