Təxribatın arxasında bu ölkə var, antiterror əməliyyatı tək çarədir - AÇIQLAMA

Günlərdir ki, Ermənistanın cəbhədə yaratdığı gərginlik antiterror əməliyyatlarının keçirilməsi ehtimalını gücləndirir.

Metbuat.az-a danışan Hərbi analitik Alp Arlsan İmamqulunun sözlərinə görə, təxribatlar Rusiyanın fəaliyyətidir. Məqsəd isə sülhməramlılara "ehtiyac"ın olduğunu göstərməkdir:

"Ermənistanın şərti sərhədlərimizdə, o cümlədən Laçında törətdiyi təxribatlar Rusiyanın fəaliyyəti olaraq qiymətləndirilməlidir. Çünki Cənubi Qafqazdan çəkilmək istəməyən Rusiya mövcud vəziyyətdə Ermənistanın bir sıra siyasi dairələrinə etdiyi kimi, ordusuna da nüfuz edə bilir. O, istədiyi vaxt istədiyi istiqamətdə diktə edib bu cür əməllər törətməklə, bölgənin sülh şansını aradan qaldırmaq bir növ daimi qarşıdurma yaradaraq rus sülhməramlılara ehtiyac olmasına zərurət yaradır".

Tanınmış hərbi ekspert adını dəyişdi: Ruslan - Alp Arslan oldu!

Hərbi analitik qeyd edib ki, Ermənistanın bu hərəkətləri təhülkəsizliyimizi riskə atır. Təxribatlara cavab olaraq tək çarə isə antiterror əməliyyatlarıdır:

"Başqa bir hal ondan ibarətdir ki, Paşinyan bu gün Qərb dairələri ilə qədər əlaqədə olsa da, müxtəlif dövrlərdə Azərbaycanın ərazi bütövlüyünü ifadə etsə də, bu cür halların baş verməsi Azərbaycana tək seçim buraxır. Bu da irimiqyaslı antiterror əməliyyatlarının keçirilməsidir. Bu cür əməliyyatlar həm Qarabağda, həm şərti sərhədlərin ötəsində mütləq olaraq olacaqdır. Çünki mövcud vəziyyət onu göstərir ki, təhlükəsizliyimiz risk altındadır. İstər Qarabağda, istər digər bölgələrimizdə yeni investorların cəlb olunması, insanlarımızın qayıdış planı çərçivəsində geriyə dönməsini təmin etmək üçün tam təhlükəsizlik əminliklə bərpa olunmalıdır".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı