Gələn həftə bu tarixlərdə iş olmayacaq - TƏQVİM

Gələn həftədən Azərbaycanda 7 günlük tətil başlayır.

Metbuat.az xəbər verir ki, Baş nazir Əli Əsədovun iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə imzaladığı qərarə əsasən, 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 26 iyun Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir. 1-2 iyul şənbə-bazara təsadüf etdiyindən 26 iyun - 2 iyul tarixləri arasında 7 gün ardıcıl qeyri-iş günü olacaq.

7 günlük tətildən sonra isə yeni iş günü iyulun 3-dən başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı