“SABAH” qruplarında təhsil almaq istəyən bakalavrların nəzərinə

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi iyunun 6-dan 13-dək aparılacaq. İxtisaslaşma seçiminə müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrində müvafiq ixtisaslaşmalar üzrə tədris aparılan “SABAH” qruplarına savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin qəbulunu təmin etmək məqsədilə həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrların ixtisas seçimi ərizələrini doldurmamışdan öncə iyulun 3–10-da müvafiq ali təhsil müəssisəsində yaradılacaq komissiyada müsahibədən keçmələri tələb olunur.

Müsahibədə uğur qazanmış bakalavrlara “SABAH” qruplarına aid müvafiq ixtisaslaşmanı seçmək imkanı yaradılacaq.

Ali təhsil müəssisəsində keçiriləcək müsahibədə iştirak etmək üçün qeydiyyat Dövlət İmtahan Mərkəzinin internet səhifəsində aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR