"İlin sonunadək sülh müqaviləsi imzalana bilər" - Ceyhun Bayramov

“Bu ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunması mümkündür”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Röyters”ə müsahibəsində deyib.

O bildirib ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması ilin sonundan tez də mümkündür.

Nazirin sözlərinə görə, Ermənistan bunun üçün bəzi əməli addımlar atmalıdır:

"Ermənistanın nəinki bəyanat vermək, hətta bəzi əməli addımlar atmaq iradəsinə sahibdirsə, bu, mümkündür”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı