Bəzi yerlərdə şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

İyunun 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qaxda 8 mm, Ordubadda 4 mm, Şahbuz, Sədərəkdə 3 mm, Şərur, Culfa, Gədəbəy, Göygöl, Şəki, Naxçıvan, Daşkəsən, Şəmkir, Tovuz, Balakən, Oğuz, Qusar, Tərtər, Yevlaxda 4 mm-dək olub. Şərur, Daşkəsən, Göygöl, Balakən, Şəki, Qrız, Şahdağda duman müşahidə olunub.

Tovuz rayonu ərazisindən keçən Ağdam Axıncaçaydan hazırda sel keçir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR