"Plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır" - Emin Əmrullayev

Hesab edirəm ki, əqli mülkiyyətlə bağlı yuxarı yaş təbəqələri üçün cəza tədbirləri ağırlaşdırılmalıdır.

Metbuat.az xəbər ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyəti ilə görüşündə çıxışı zamanı deyib.

"Mən hesab edirəm ki, plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır. Bunun başqa yolu yoxdur", - nazir əlavə edib.

Emin Əmrullayev bildirib ki, əqli mülkiyyət anlayışı uşaq yaşlarından aşılanmalıdır, bu, bir mədəniyyət göstəricisidir.

"İstinad anlayışı ilə şəxsən mən 20 yaşımda tanış olmuşam. Bu özü, aydın məsələdir ki, həm də bir psixoloji proses və anlayışdır. Ona görə də bu məsələlər şagirdlərə, tələbələrə ən yaxşı formada izah edilməlidir. Məktəb illərindən bu dəyər aşılanmalıdır", - nazir əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı