Azərbaycanın pambıq ixracı 2 dəfədən çox azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 68 milyon 874 min ABŞ dolları dəyərində pambıq ixrac edib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 2,2 dəfə azdır.

Ölkənin ümumi ixracında pambıq ixracının payı 0,43 % olub.

Beş ayda Azərbaycana 2 milyon 537 min ABŞ dolları dəyərində pambıq idxal olunub. Bu da ötən ilin müvafiq dövrünə nisbətdə 11,7 % azalma deməkdir.

Pambıq idxalı ölkənin ümumi idxalının 0,04 %-ni təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı