“Gecə 2-də həyətə düşmüşdük ki...” - Deputat zəlzələdən DANIŞDI

Xəbər verdiyimiz kimi dünən gecə saatlarında ölkədə qeydə alınan yeraltı təkan əhalinin təşvişinə səbəb olub.

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı 32gun.az-a danışan deputat Elman Nəsirov zəlzələni hiss etmədiyini, lakin əhali arasında dezinformasiyanın yayılaraq insanları qorxuya salmasından təəssüfləndiyini bildirib:

"Əvvəla onu qeyd edim ki, dünən gecə 00:01 radələrində baş vermiş zəlzələdən xəbər tuta bilmədim. Mən Yasamalda yaşayıram, burada hiss olunmadı. Görünür çox zəif olub.

Lakin sözün əsl mənasında dezinformasiya "maşını"nın işə düşdüyünü hiss etdim. Xüsusi maraqlı insanlar sosial şəbəkələrdə təxribat yönümlü informasiyalar yaymağa başladılar. Bunun nəticəsində insanlar küçələrə axın etməli oldu. Gecə saat 02:00-də həyətə düşdük, bütün qonşularımız həyətdə idi. İnsanlar "04:21-də 06:00-da 6 bal gücündə yenidən zəlzələ olacaq" kimi dezinformasiyadan xəbərdar olduqlarına görə evlərinə gedə bilmirdilər.

Demək olar ki, axşam saatlarında əksər restoranlar, kafelərin işlədiyi haqqqında məlumatlar aldım. Çox insan isə səhərə qədər küçədə qalıb əziyyət çəkməli oldu.

Mən bütün tanışlarıma zəng edib təşvişə düşməmələrini, ölkənin baş seysmoloqunun tövsiyələrini, narahatlığa heç bir əsas olmadığını, cihazların təkanların ola biləcəyi ilə bağlı məlumat vermədiyini bildirdim amma nə edim ki, dezinformasiyanın çəkisi informasiyanın çəkisindən ağırdır. İnsanlar düz sözə yox yalana inanmaq istəyirdilər".

Deputat həmçinin bildirib ki, əhalini qınamaq olmaz, qardaş ölkədə baş verən dəhşətli zəlzələdən sonra insanların bu davranışının motivləri başa düşüləndir:

"Soydaşlarımıza və əhaliyə deməl istəyirəm ki, ilk növbədə bu sahə üzrə müvafiq qurumun yaydığı məlumatlara inansınlar. Ayrı-ayrı işbazların yaydığı məlumatlara inanmaq olmaz. Bu inamın nəticəsi idi ki, səhərə qədər yuxusuz qaldılar. Halbuki ölkənin baş seysmoloqunun dedikləri öz əksini tapdı. Ölkəmizdəki rəsmi qurumlar mükəmməl cihazlarla mümkün təkanlar haqqında daha düzgün məlumat vermək iqtidarındadır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı