20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır

20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır
15:18 19 Yanvar 2015
406 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsində 20 Yanvar faciəsinin 25-ci il dönümünə həsr olunan tədbir keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Dövlət Bayrağı Muzeyində keçirilən tədbirdə idarənin rəisi Rəşad Məmmədov bu faciənin xalqımızın qan yaddaşında əbədi həkk olunduğunu qeyd edib. O, 20 Yanvar şəhidlərinin müasir tariximizin qəhrəmanları olduqlarını vurğulayıb. R.Məmmədov bildirib ki, qanlı Yanvar qurbanlarının əziz xatirəsini həmişə uca tutan ulu öndər Heydər Əliyev onların adlarının əbədiləşdirilməsi, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi yardım göstərilməsini daim diqqət mərkəzində saxlayıb. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparat rəhbəri Qəzənfər Qasımov, şöbə müdiri Zahid Vəliyev bildiriblər ki, həmin tarixdə keçmiş sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən qətliam insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.
Sonda 20 Yanvar hadisələrinə həsr olunan film nümayiş etdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR