Türkiyədə Prezident seçkilərinin keçmiş namizədi Sinan Oğan Azərbaycanda hazırda yüksək vəzifələrdə olan bir çox vəzifəli şəxslərin müəllimi olub.
Metbuat.az xəbər verir ki, bu barədə sabiq namizəd Real tv-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, gənc yaşlarından Azərbaycana marağı olub. Sinan Oğan 80-ci illərdə "Azərbaycan gəncləri" qəzetinə Azərbaycan olan sevgisi ilə bağlı məktub göndərib:
"Bundan sonra məktubum Azərbaycanda dərc olundu və bizim Iğdırdakı evimizə çoxlu məktublar gəlirdi. Hətta polislər evimizə gəlib bu məktubların səbəbini soruşmuşdu".
Azərbaycanda İqtisad universitetində çalışdığını bildirən Sinan Oğan bir çox məmurlara dərs dediyini bildirib:
"Gənclər və idman naziri Fərid Qayıbov tələbəm olub. Daha yüksək vəzifələrdə çalışan, universitetdə müəllim olan tələbələr yetişdirmişik".