Dünyada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan ölkə yoxdur - Paşinyan

"Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasın".

Metbuat.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib: "Ermənistan həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, həmişə bildirilməyib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı