Yüksək və çox yüksək yanğın təhlükəsi olan bölgələr açıqlandı

Bəzi bölgələrdə yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb.

Metbuat.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə bu gün yanğın indeksi Şahbuz, Ordubad, Şərur, Naxçıvan, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Göygöl, Daşkəsəndə orta, Gəncə, Naftalan, Tərtər, Ağdamda yüksək, Şəmkir, Ağstafada isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Balakən-Şəki ( Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Oğuz, Qəbələdə orta yanğın təhlükəsi növünə çatıb.

Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Qrız, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Qrızda kiçik, Xızı, Şahdağ, Qusarda orta, Qubada yüksək, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi İsmayıllı, Şamaxıda orta, Qobustanda isə yüksək yanğın təhlükəsi növünə çatıb.

Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə yanğın indeksi Lerik, Astara, Yardımlıda orta, Lənkəranda isə yüksək yanğın təhlükəsi növünə çatıb.

İyulun 26-sı gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyyatlı olması tövsiyyə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı