Ələt-Astara yolunda "TIR" aşdı - VİDEO

Ələt-Astara magistralında ağır tonajlı yük avtomobili aşıb.

Metbuat.az-ın məlumatına görə, hadisə Ələt-Astara M3 yolunun 202-ci kilometrində baş verib.

Belə ki, "Volvo" markalı yük avtomobili Astara istiqamətindən Bakı istiqamətinə hərəkətdə olarkən Masallı ərazisində aşıb. Həmin istiqamətdə yolun hərəkət hissəsində nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaranıb.

Qeyd edək ki, yük avtomobili İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları aparırdı.


Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı