İslandiyada 5,3 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 118 min insanın yaşadığı Reykyavikdən 103 km cənub-qərbdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.