Sumqayıtda sürücünü "tok" vurub öldürdü

Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.

Metbuat.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun “Yaşma bağları” ərazisində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü İldırım Mirməmməd oğlu Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb, arxa kuzanı qaldırarkən 10.000 kv-luq elektrik cərəyan xəttinə toxunub.

Sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı