"Sabah" "Neftçi"yə qalib gəldi - Azərbaycan Kuboku

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Sabah" səfərdə "Neftçi"ni məğlub edib.

Metbuat.az-ın məlumatına görə, "Neftçi Arena"da baş tutan matçda qonaqlar rəqibini 2:1 hesabı ilə üstələyiblər.

11-ci dəqiqədə Azər Salahlı topu öz qapısına göndərməklə "bayquşlar"ı hesabda irəli çıxarıb. 10 dəqiqə sonra Yuri Matias "status-kvo"nu bərpa etsə də, 52-ci dəqiqədə adını tabloya yazdıran Pavol Şafranko yekun hesabı müəyyənləşdirib.

Günün ilk qarşılaşmasında "Araz-Naxçıvan" doğma meydanda "Qarabağ"a qalib gəlib - 1:0.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 23-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı