Qırğızıstanda 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib

15:37 19 Yanvar 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 15:32 ]


Bakı – APA. Azərbaycanın Qırğızıstandakı səfirliyinin “Azəri” İctimai Birliyinin təşkilatçılığı ilə Bişkekdə 20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

 

Azərbaycanın Bişkekdəki səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə Qırğızıstan Prezidenti Aparatı və hökumət təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri,  ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və media nümayəndələri iştirak ediblər.

 

Mərasimdən öncə 20 Yanvar müsibətini özündə əks etdirən foto sərgiyə baxış keçirilib, iştirakçılara press-relizlər təqdim edilib. Tədbirin açılışında 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş olunub.

 

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov 20 Yanvar cinayətlərinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı vandallıq nümunəsi olduğunu bildirib. Səfir bildirib ki, 1990-cu ilin yanvarın 20-də Bakıya yeridilən sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingenti xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədib. Nəticədə 134 insan qətlə yetirilib, 744 nəfər yaralanıb, 5 nəfər itkin düşüb və 841 nəfər əsassız olaraq həbs edilib.

 

Diplomat 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı fəlakətlə yanaşı, qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını bildirib. 

 

Tədbirdə həmçinin Qırğızıstan Prezidenti Araratının etnik, dini siyasət və vətəndaşlarla iş üzrə şöbəsinin müdiri Mira Karıbayeva, Türkiyənin Bişkekdəki səfiri Mətin Kılıç, Qırğız Dövlət Universitetinin rektoru Tolobek Abdıraxmanov, Qırğız-Türk “Manas” Universitetinin rektoru Səbahattin Balcı, Qırğızıstanın xalq yazıçısı Mar Bayciyev, Qırğız Xalqı Assambleyasının sədri, akademik Bektemir Murzuibraimov, “Azəri” ictimai Birliyinin sədri Əziz Əliyev, Qırğızıstanın əməkdar həkimi Akif Alaferdov, Qırğızstandakı tatar diasporasının üzvü Xariz Turna, həkim Akif Rəfibəyov və başqaları çıxış ediblər. Çıxış edənlər sovet ordusu tərəfindən Bakıda və ölkəmizin bir sıra digər ərazilərində törətdiyi vəhşiliklərdən barədə danışıblar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR