Azərbaycanda tibbi avadanlıqlara dair yeni dövlət standartı qəbul edildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO 8536-12:2023 “Tibbi təyinatlı infuziya ləvazimatları —12-ci hissə: Birdəfəlik istifadə üçün əks klapanlar” dövlət standartını qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə AZSTAND məlumat yayıb.

Məlumata görə, dövlət standartı ölkə prezidentinin bu ilin əvvəlində təqdiq etdiyi “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələrək hazırlanıb, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qravitasiya və təzyiq altında nəzərdə tutulan infuziya ləvazimatlarında istifadə edilən əks klapanların tələblərini müəyyən edir, ölkəyə idxal və istehsal olunan infuziya ləvazimatlarının keyfiyyətinin artırılmasına, nəticədə insan sağlamlığına töhfə verəcək.

2017/745 saylı “Tibbi avadanlıqlar” reqlamentinin istinad standartı olan ISO 8536-12:2021 “Infusion equipment for medical use — Part 12: Check valves for single use”. standartının autentik tərcüməsi əsasında hazırlanan AZS ISO 8536-12:2023 “Tibbi təyinatlı infuziya ləvazimatları —12-ci hissə: Birdəfəlik istifadə üçün əks klapanlar” Dövlət Standartı təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı