Rusiya ordusu cəbhə boyu uğurlar əldə etdi

Rusiya ordusu Zaporojya vilayətində daha bir yaşayış məntəqəsini nəzarətə götürüb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, “Dnepr” (Qərb) Hərbi Qrupunun bölmələrinin fəal hərəkətləri nəticəsində Zaporojya vilayətinin Stepovoye adlanan yaşayış məntəqəsinə nəzarət ələ keçirilib. Məlumata görə, Rusiya ordusu cəbhə boyu düşmən qüvvələrini məğlub etməyə davam edir. Rus ordusunun düşmənin müdafiəsinə doğru irəliləməyə və taktiki mövqeyini təkmilləşdirməyə davam etdiyi qeyd edilib. Əməliyyatlar zamanı 1205 Ukrayna əsgəri zərərsizləşdirilib.

Açıqlamada qeyd edilir ki, Rusiya hava hücumundan müdafiə qüvvələri ABŞ istehsalı olan iki idarəolunan təyyarə bombasını və Ukrayna ordusuna məxsus 177 təyyarə tipli PUA-nı məhv edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı