ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı barədə açıqlama verib.
Metbuat.az xəbər verir ki, o, bununla bağlı sosial media hesabında paylaşım edib. Tramp Vladimir Zelenski ilə Moskva və Kiyevin danışıqlardakı mövqelərini yaxınlaşdırmaq barədə təxminən bir saatlıq telefon danışığı apardığını bildirib.
ABŞ lideri, "Ukrayna Prezidenti Zelenski ilə çox yaxşı telefon danışığım oldu. Zəng təxminən bir saat davam etdi. Danışıqların çoxu Rusiya və Ukraynanı tələb və ehtiyacları baxımından yaxınlaşdırmaq üçün Putinlə etdiyim telefon danışığına əsaslanırdı. Biz çox yaxşı yoldayıq" - deyə bildirib.