Ekvador ABŞ, Braziliya və Avropadan hərbi yardım istədi

Ekvador Prezidenti Daniel Noboa ölkədə artan banda problemi səbəbilə xarici ölkələrdən dəstək istəyib.

Metbuat.az xəbər verir ki, o qruplaşmalarla savaşmaq üçün ABŞ, Braziliya və Avropadan hərbi yardım istəyib. Daniel Noboa BBC-yə açıqlamasında bildirib ki, Ekvadorun "beynəlxalq narkoterror qrupları" adlandırdığı qruplarla savaşmaq üçün daha çox əsgərə ehtiyacı var. “Dünyadakı kokainin 70 faizi Ekvadordan gəlir” deyən Noboa ABŞ Prezidenti Donald Trampı Ekvador quldur dəstələrini “terror təşkilatı” kimi tanımağa çağırıb. "Blackwater" özəl təhlükəsizlik şirkətinin qurucusu və narkotiklərlə mübarizədə Trampın müttəfiqi olan keçmiş “Navy SEAL Erik Prince” ilə əməkdaşlığa gəlincə, Noboa bu ortaqlığın ölkədəki yerli qüvvələrə dəstək verəcəyini, lakin bunun Ekvador qanunları çərçivəsində həyata keçiriləcəyini bildirib.

Bununla belə, Noboa, ABŞ, Avropa və Braziliyadan gələn hərbi gücün quldurlarla savaşmağa daha çox dəstək verəcəyini ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı