"Real" ulduz futbolçu ilə anlaşdı

"Real Madrid" rəhbərliyi İngiltərənin "Liverpul" klubunun ulduzu Trent Aleksander-Arnold üçün razılaşmanı böyük ölçüdə həll edib.

Metbuat.az xəbər verir ki, tərəflər rəsmi danışıqları davam etdirsələr də, keçidlə bağlı proses yekunlaşmaq üzrədir. Futbolçu özü də mövsüm sonunda "Real Madrid"ə keçmək istədiyini bildirib.

Qeyd edək ki, "Liverpul" klubunun yetirməsi olan futbolçu bu mövsüm komanda ilə 39 yarışda meydana çıxıb, yeddi qol vurub, üç məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı