"Real" Arda ilə bağlı qərarını verdi

"Real Madrid" Arda Gülerlə bağlı qərar verib.

Metbuat.az xəbər verir ki, bir sıra klubların təkliflərinə baxmayaraq, “Real” Ardanı göndərmək istəmir. İddialara görə, “Real” Ardanı yeni mövsümdə heyətdə saxlamaq istəyir. Türkiyə KİV-lərinin məlumatına görə, "Real Madrid"də az oynamasına baxmayaraq milli komandaya çağırılan Ardanın növbəti mövsüm üçün "Real Madrid"dən ayrılmaq fikrində olmadığı qeyd edilib.

Qeyd edək ki, Arda Gülerin adı “İnter”, “Bayer Leverkuzen”, “Leypsiq” və “Ayntraxt Frankfurt” kimi komandalarla hallanır. Bundan əvvəl, Ardanın məşqçi Karlo Ançelottinin klubda qalacağı təqdirdə başqa komandaya transfer olmaq istədiyi barədə xəbərlər dərc edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı