​Müəllimlərin nəzərinə: Vakansiya ilə bağlı məlumat AÇIQLANDI

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə dair məlumatlar açıqlanıb.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzidən Metbuat.az-a bildirilib ki, ötən il müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində olduğu kimi, cari ildə də Azərbaycan bölməsi üzrə Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fransız dili, ibtidai sinif, tarix və texnologiya fənlərindən müsabiqəyə təqdim olunmuş bütün vakansiyalar namizədlər tərəfindən tutulub.

Azərbaycan dili, alman dili, fiziki tərbiyə, informatika, kimya, musiqi, rus dili və ədəbiyyatı, təsviri incəsənət fənlərində həm Azərbaycan, həm də rus bölməsi üzrə vakant yerləri tutmuş namizədlərin sayı ötən illə müqayisədə artıb.

Qeyd edək ki, bu il Azərbaycan və rus bölməsi üzrə ümumilikdə 10 000-dən artıq vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR