Bakı, 4 iyun, Pərvanə İmanova, AZƏRTAC
İyunun 4-də Təhsil Nazirliyinin təşkilatçılıği ilə “Bizim böyük ailəmiz” adlı xeyriyyə satış-sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin sağlamlıq imkanları məhdud şagirdlərinin əl işlərindən ibarət 200-dək rəsm və əl işləri nümayiş olunur.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə uşaqların rifahının yüksəldilməsinin dövlətimizin daim diqqət mərkəzində olduğunu söyləyib.
Bildirilib ki, satışdan əldə olunan vəsait Bilgəh qəsəbəsindəki qocalar evi sakinlərinin yay istirahətinin təşkili üçün həmin müəssisəyə köçürüləcək.