Şimal bölgəsində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirildi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.

FHN-dən Metbuat.az-a verilən xəbərə görə, bu çərçivədə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkimlərin və texniki heyətin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional idarəsində Samur-Yalama Milli Parkının və Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının, yerli icra hakimiyyəti nümayəndələrinin, Qusar rayonunun Aşağı Ləyər kəndi və Quba rayonunun Qələdüz və Küpçal kəndlərinin ərazilərində yerləşən meşə təsərrüfatı idarələrinin işçilərinin iştirakı ilə yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə səhiyyə müəssisələrində və meşələrdə yanğınların baş vermə səbəbləri və onun qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Həmçinin, 4 saylı regional Meşə Təsərrüfatı Mərkəzinin Siyəzən meşəbəyliyində yanğından mühafizə məqsədilə şumlama işi görülüb. Şabran şəhərinin R.Behbudov küçəsində isə Yaşıllıq və Təmizlik idarəsinin işçiləri tərəfindən quru otların, kol-kos və məişət tullantılarının təmizlənməsi təmin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı