Vətən müharibəsi şəhidinin qardaşı dünyaya gəldi - FOTO

44 günlük Vətən müharibəsində şəhid olan Ənvər Vadim oğlu Şıxəliyevin qardaşı dünyaya gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə körpənin doğuldu "Reproduktiv Sağlamlıq mərkəzi" paylaşım edib.

Qeyd edək ki, Qusar rayonunun Xürəl kəndində doğulan Ənvər Şıxəliyev Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ənvər Şıxəliyev oktyabrın 29-da Şuşa döyüşləri zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub. O, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı