Ceyhun Qarayev bu quruma rəhbər təyin edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-də yeni təyinat olub.

Metbuat.az xəbər verir ki, qurumun İnformasiya Texnologiyaları departamentinin direktoru vəzifəsinə Ceyhun Qarayev təyin edilib.

Buna qədər isə o, həmin departamentin İnformasiya texnologiyaları infrastrukturu şöbəsinin müdiri kimi çalışıb.

Qeyd edək ki, bundan öncə “AzInTelecom” MMC-nin İnformasiya Texnologiyaları departamentinin direktoru vəzifəsini Əmir Vəlibəyov icra edib. C.Qarayevin xələfi bu ilin iyun ayında tutduğu vəzifədən ayrılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR