Hindistandan düyü ixracına məhdudiyyət - Bahalaşma gözlənilir?

Hindistan rəsmiləri ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün bu məhsulun tədarükünə məhdudiyyətlər qoyub. Hökümət tədarükün təxminən üçdə birini təşkil edən qaynadılmış düyü üçün 20 % ixrac rüsumu tətbiq edib. Məlum olduğu kimi, Hindistan dünya düyü ixracının 40 %-ni təşkil edir. Bu qərarın dünya bazarındakı qiymətlərə təsirsiz ötüşməyəcəyi bildirilir.

Metbuat.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimli qeyd edib ki, Hindistanın yeni qərarından sonra dünya bazarında qıtlıq olmayacaq. Lakin bahalaşma gözləniləndir:

"Hazırda əsas düyü istehsalçıları ixracatçıları olan ölkələrdə istehsalın azalması baş verib. Belə ki, Şərqi Cənub Asiya ölkələrində təbii fəlakətlərlə əlaqədar, yəni yağıntıların çox yağması ilə əlaqədar düyü istehsalı kəskin azalıb. Bundan başqa, Rusiya - Ukrayna müharibəsiRusiyanın taxıl sahəsindən çıxması fonunda dünya ölkələrində düyüyə tələbat artıb. Hindistan da düyü ixracına müəyyən məhdudiyyət qoyub. Ölkəmiz də bilirsiniz ki, düyü idxalından asılıdır. Belə ki, ölkədə istehlak edilən düyünün 85 faizi xarici ölkələrdən, əsasən Hindistandan idxal edilir. Keçən ildən Pakistandan idxal edilməyə başlayıb Pakistanda idxal edilən düyü keçən ildən 15 faiz gömrük rüsumlarından azad edilib. Bu da qiymətinin tam artmasına təsirlərini azaldır. Lakin buna baxmayaraq hazrıki proseslər onu deməyə əsas verir ki, düyünün qiyməti yenə artacaq. Düzdür, qıtlıq yaşamasa da, qiymətlərdə 20, 30 faiz artım müşahidə oluna bilər".

Onun sözlərinə görə, bahalaşmanın qarşısını almaq üçün Azərbaycan düyü idxalından asılılığı azaltmalı, istehsalı artırmalıdır:

"Bunun qarşısını almaq üçün hesab edirəm ki, ölkədə düyünün istehsalının daha da artırılması üçün geniş işlər görülməlidir. Hazırda ölkədə istehlak edilən düyünün 15 faizi ölkəmizdə becərilir, növbəti illərdə bu rəqəm 50 faizə qədər qalxmalıdır. Yəni ölkədə düyü istehlakı 70 000 tona yaxındır və onun təxminən 11 000 tonu ölkəmizdə becərilir. Növbəti illərdə bu rəqəmin 40 000 tona çatdırılması nəzərdə tutulur. Dövlət buğda, düyü əkənlərə bununla bağlı 380 manat subsidiya ödəyir. Düşünürəm ki, gələcək illərdə bu, asılılığı azaldılacaq".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı