"Yaranmış vəziyyətə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür" - Zaxarova

“Laçın dəhlizindəki hazırkı vəziyyət Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımasının nəticəsidir”.

Metbuat.az "Apa"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin Azərbaycan bayrağını təhqir etmiş erməni futbolçuların Laçın sərhəd-sərhəd buraxılış məntəqəsində saxlanılmasında Rusiya sülhməramlılarının da günahkar olması ilə bağlı sualına cavabında bildirib.

“Bu, Avropa İttifaqının himayəsi altında ötən ilin oktyabrında və bu ilin mayında hər iki ölkənin liderinin iştirak keçirilən sammitində qeydə alınıb “Ermənistanın keçmiş Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıması-red.). Bu barədə Rusiya XİN-in “Qarabağ ətrafındakı vəziyyətlə bağlı” 15 iyul 2023-cü il tarixli bəyanatında da aydın deyilib. Bu məzmunda məsuliyyəti Rusiya sülhməramlı kontingentinin üzərinə qoymağı yersiz, düzgün olmayan və haqsız hesab edirik. İrəvan və Ermənistan hakimiyyəti tərəfindən Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu tanımasından sonra yaranan yeni şəraitdə Rusiya sülhməramlı kontingentinin vəzifəsi Azərbaycana Qarabağ ermənilərinin bütün hüquq və təhlükəsizliyini təmin etməyə, o cümlədən Bakı ilə Xankəndi arasında birbaşa dialoqun qurulmasına bütün mümkün yardımı etməkdən ibarətdir”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR