Tələbə adı qazananlar bu tarixdə qeydiyyatdan keçməlidir

Ali təhsil müəssisələrinə qəbul olunanlar sentyabrın 5-dən 14-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Bu barədə “Metbuat.az"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək:

“Onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR