Müdafiə Nazirliyi bu məlumatı təkzib etdi

Sentyabrın 2-si saat 16:00-dan 16:10-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - Müdafə Nazirliyindən qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı