Mais Ağayevə bu qurumda vəzifə verildi

Ləğv edilmiş BNA-nın sabiq mətbuat katibi Mais Ağayevin yeni iş yeri bəlli olub.

Metbuat.az xəbər verir ki, o, fəaliyyətini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində davam etdirəcək.

O, bu qurumda vətəndaşlarla iş və çağrı mərkəzinə rəhbərlik edəcək.

Qeyd edək ki, cari ilin aprelində Prezidentin ilham Əliyevin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı