Hindistanın adı dəyişir? - Ölkənin adı belə yazıldı

Hindistanın baş naziri Narendra Modi G20 sammitində çıxışı zamanı ölkəni müəyyən etmək üçün fərqli addım atıb. O “Hindistan” əvəzinə “Bharat” yazılan lövhədən istifadə edib.

Metbuat.az xəbər verir ki, bir müddət əvvəl Hindistan prezidenti Draupadi Murmu da “Hindistan Prezidenti” deyil, “Bharat prezidenti” ifadəsini işlətmişdi. Bəziləri nazirin və prezidentin bu addımını ölkənin adının dəyişdirilməsi ilə bağlı olduğu mülahizələrini yürüdüb.

Məsələyə münasibət bildirən Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar bildirib ki, məqsəd ölkənin adının dəyişdirilməsi deyil. Hindistan Konstitusiyasına görə, ölkənin rəsmi dilləri ingilis və hind dilləridir. İngilis dilində dövlət Hindistan, hindi dilində isə Bharat adlanır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR