Yağıntılar kəsilib, hava sabit keçib - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 15-i saat 9-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 14-ü gündüz saatlarında tədricən kəsilib. 15-i gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.

Bu barədə Metbuat.az-a Xidmətdən xəbər verilib.

    Düşən yağıntının miqdarı Biləsuvar, Lerikdə 6 mm, Yardımlı, Beyləqan, Neftçala, Culfa, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Ağsu, Astarada 3 mm-dək olub.

    Duman Şəmkir, Şamaxı, Lerik, Qrızda müşahidə olunub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı