Rusiya ordusu təlimlərə başladı

Rusiyanın Müdafiə Nazirliyi ölkənin şimal-şərqində “Finval-2023” adlı hərbi təlimin başladığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, açıqlamada Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Nikolay Yevmenovun komandanlığı altında keçirilən təlimin Şimal dənizi yolunun qorunması məqsədi daşıdığı qeyd edilib. Açıqlamada taktiki təlimin Berinq dənizində, Çukotka sahilləri və yarımadada keçirildiyi qeyd edilib.

Məlumata görə, hərbi təlimlərə təxminən 10 min hərbçi və 50-dən çox hərbi texnika, o cümlədən gəmilər, sualtı qayıqlar, təyyarələr, vertolyotlar və sahil raket sistemləri cəlb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR