Həmin tank artıq Bakıdadır - VİDEO

Ötən gün 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində “qələbə” simvolu kimi qoyulan tank abidəsi götürüldüyü barədə məlumat vermişdik.

Metbuat.az xəbər verir ki, həmin tank artıq Bakıya gətirilib.

Tankın Qənimətlər Parkı istiqamətində aparılması gözlənilir.

Qeyd edək ki, sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi. Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı