"3 yaşında əliyalın çıxdığım Xankəndiyə 35 yaşımda qəhrəman kimi qayıtdım".
Metbuat.az xəbər verir ki, bunu əslən Xankəndidən olan Dövlət Yanğından Mühafizə İdarəsinin manqa komandiri Namiq Lələyev Baku tv-yə açıqlamasında deyib.
O, Xankəndi yaxınlığında yanacaq çəninin partlaması nəticəsində baş verən yanğının söndürülməsi üçün Azərbaycan FHN-nin göndərdiyi qrupda iştirak edib.
Namiq Lələyev bildirib ki, Xankəndi Ermənistan tərəfindən işğal edildikdən sonra 1991-ci ilin dekabrın 28-də Xankəndini tərk ediblər:
"Biz oradan çıxanda bizim bir amalımız var idi. Nə vaxtsa qayıdacağıq. Yanğından sonra mənə rəhbərlikdən xəbər gəldi. Mən də bildirdim ki, deməyimə ehtiyac yoxdur, adımı özünüz qeyd edin".
Daha ətraflı: