Əli Əsədov Qazaxıstanın baş nazirinə başsağlığı verdi

Oktyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailova başsağlığı məktubu göndərib.

Metbuat.az xəbər verir ki, Ə.Əsədov qeyd edib ki, Qaraqandada şaxtada baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin təəssüf hissi ilə qarşılayıb.

Məktubda Qazaxıstanın baş nazirinə, habelə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı