Baş məşqçimiz sevincini ona təpik vuraraq yaşadı - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda İsveçi 3:0 hesabı ilə məğlub edib.

Metbuat.az xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazi millimizin üçüncü qolunu köməkçisi Arif Əsədova təpik vuraraq qeyd edib.

İtaliyalı çalışdırıcı həmin anı belə şərh edib:

“Ariflə münasibətimiz əladır. Dəyişiklikər zamanı müzakirə edirdik. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə sevincli alındı”.

Həmin anın videosunu təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı